1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 30.06.2022

Gəncə şəhəri 5 saylı Notariat Konturunun 938 saylı, 17.02.2022-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş A.C39855/22 saylı, 26.05.2022-ci il tarixli (daxil olma 03.06.2022-ci il) sifarişi üzrə, borclu Hacıyeva Gülnar Mustafa qızına məxsus, tələbkar “Unibank KB”ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə D-2, sahə 6 ünvanında, 0.04 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, 40.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair 28 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 21.250 (iyirmi bir min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 15 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.063 (bir min altmış üç) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com