1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 30.06.2022

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-379/2021 saylı, 31.08.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/7511511Q saylı, 02.06.2022-ci il tarixli sifarişi üzrə, tələbkar  “Pro Kredit” BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Göradil  kəndində yerləşən 0.08 ha torpaq sahəsi və ümumi sahəsi 237.6 kv.metrdən ibarət fərdi yaşayış evinə dair 28 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 244.800 (iki yüz qırx dörd min səkkiz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 15 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 12.240 (on iki min iki yüz qırx) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon  Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com