TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan Sığorta Şirkətinə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş ümumilikdə 270,5 m2 4 (dörd) mənzilə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 20 (ümumi sahəsi 56.6 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 49 (ümumi sahəsi 46.5 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 50 (ümumi sahəsi 52.7 m2) və Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi , ev 96, mənzil 65 (ümumi sahəsi 114.7 m2) dair 12 noyabr 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin rekonstruksiya işlərindən sonra birləşdirilmiş ümumilikdə 270,5 m2 olan 4 (dörd) mənzil onların ümumilikdə ilkin satış qiyməti olan 1.150.000 (bir milyon yüz əlli min) manatdan 5% aşağı olmaqla, yəni 1.092.500 (bir milyon doxsan iki min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 23 noyabr 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 10.925 (on min doqquz yüz iyirmi beş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
Adı: Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkəti
Hesab №: AZ52PAHA35090AZNHC0190000581
VÖEN: 1300115641
Bank Adı: Paşa Bank ASC
Kodu: 505141
VÖEN: 1700767721
Müxbir hesab: AZ82NABZ01350100000000071944
S.W.I.F.T. PAHAAZ22
Hərrac addımı - əmlakın ilkin satış qiymətinin ən az 1 %-i qədər olmalıdır.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:
- Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
- Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
- Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: (+99412) 539-47-22; (+99455) 745-25-56
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com
Sifarişçinin əlaqə telefonları: 050-253-33-05 ; 055-213-51-35