TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Elan yerləşdirmə tarixi 24.05.2022
Şirvan şəhər Məhkəməsinin 2(032)-1578/2020 saylı, 03.12.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin 17/68-9622-30 saylı, 22.04.2022-ci il tarixli sifarişi üzrə, borclu Axundova Lalə Rasim qızına məxsus, 1 ədəd “İndesit” markalı paltaryuyan və 1 ədəd “Regular” markalı aspiratora dair 23 may 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 06 iyun 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni ümumilikdə 29 (iyirmi doqquz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin ən azı 1%-nə qədər olmalıdır.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon üzrə İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com