1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Elan yerləşdirmə tarixi 08.08.2022

Qəbələ rayon İcra Şöbəsinin 12.10.2021-ci il tarixli, 8743/6 saylı sifarişi ilə  borclu Daşdəmirov Şakir Bahəddin oğlunun mülkiyyətində olan Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən 0.63 ha həyətyanı torpaq sahəsi (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) açıq hərraca çıxarılmışdır.
Hərrac açıq auksion qaydasında keçirilməklə  02 noyabr 2021-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Torpaq sahəsinin ilkin satış qiyməti 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 %-i, yəni 1.260 (bir min iki yüz altmış) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən çox olmamaqla.

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);/
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com