TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Gəncə şəhər 3 saylı notariat ofisinin 8i-1791 saylı, 21.07.2022-ci il tarixli icra qeydinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş İ/Q 162143/22 saylı, 26.04.2023-cü il tarixli sifariş üzrə, tələbkar “Bank Respublika” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Fərzəliyeva Tahirə Məhəd qızına məxsus, Gəncə şəhəri, Kəpəz Rayonu, İ.Qasımov küçəsi 97 ünvanında olan 0.0225 ha torpaq sahəsi və onun üzərində yerləşən, yaşayış sahəsi 77.7 kv.metr, yardımçı sahəsi 70.8 kv.metr olmaqla, ümumi sahəsi 148.5 kv.metr olan, 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə dair 23 may 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 59.500 (əlli doqquz min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 09 iyun 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 2.975 (iki min doqquz yüz yetmiş beş) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.
Tel: 050-210-66-47
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com