Məlumat
Gəncə şəhər 3 saylı notariat ofisinin 8i-1791 saylı, 21.07.2022-ci il tarixli icra qeydinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş İ/Q 162143/22 saylı, 26.04.2023-cü il tarixli sifariş üzrə, tələbkar “Bank Respublika” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Fərzəliyeva Tahirə Məhəd qızına məxsus, Gəncə şəhəri, Kəpəz Rayonu, İ.Qasımov küçəsi 97 ünvanında olan 0.0225 ha torpaq sahəsi və onun üzərində yerləşən, yaşayış sahəsi 77.7 kv.metr, yardımçı sahəsi 70.8 kv.metr olmaqla, ümumi sahəsi 148.5 kv.metr olan, 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə (Liter B-ümumi sahəsi 123.6 kv.metr) (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 0344544 №-li çıxarışa əsasən Reyestr nömrəsi 202012000742-10301, qeydiyyat nömrəsi 1514003843, qeydiyyat tarixi 06.03.2014-cü il) dair 23 may 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq 23.05.2023-cü il tarixli hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.
Hərracın Təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.
Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com