TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
TƏKRAR HƏRRCIN KEÇİRİLMƏSİNƏ DAİR
ELAN
Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1668/ 2018 saylı, 21.06.2018-ci il tarixli icra
vərəqəsinə əsasən, Hacıqabul rayon Icra Şöbəsi tərəfindən verilmiş 201383/18-5 saylı,
01.02.2022-ci il tarixli sifarişə əsasən, Aslanova Ayla Əhməd qızının tam mülkiyyətində olan,
tələbkar “EksspresBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Hacıqabul şəhəri,
M.Əsədov küçəsi, 0.06 ha torpaq sahəsində yerləşən 7 saylı fərdi yaşayış evinə dair 01 mart
2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı
olmaması səbəbindən baş tutmadığından, həmin yaşayış evi 23.800 (iyirmi üç min səkkiz yüz)
manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 18 mart 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.190 (bir min yüz doxsan) manat
miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Hacıqabul rayon rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com