1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 23.11.2022

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-66/2020 saylı, 25.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş 155975/20 saylı, 24.10.2022-ci il tarixli (daxil olma 21.11.2022-ci il) sifariş üzrə, borclu “Gəncə Qənnadı” ASC-yə məxsus, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı  Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, dəyəri 10.000 (on min) manat məbləğində olan 1 ədəd şokolad istehsalı üçün dəzgah  (Almaniya istehsalı) açıq hərracda satılmalıdır.   


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  20 dekabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 1.000 (bir min) manat   məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.   

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhər üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.  

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: (+99450) 210-66-47
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com