1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 23.09.2022

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2022 saylı, 09.03.2022-ci il tarixli (26 aprel 2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/65106546/5 saylı, 21.09.2022-ci il tarixli sifariş üzrə, borclu “Elit Alko” MMC-yə  məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış,  dəyəri  ümumilikdə dəyəri 990 (doqquz yüz doxsan) manat məbləğində olan, 5.500 ədəd spirtli içkinin qablaşdırılması üçün nəzərdə tutulmuş 0.75 litrlik ölçüdə olan  şüşə qab  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.   


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  14 oktyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakların ilkin satış qiyməti 990 (doqquz yüz doxsan) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni  99 (doxsan doqquz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.    

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.   

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel:(050)-210-66-47;
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com