1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. Təkrar HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Təkrar HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 21.09.2022

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4822/2018 saylı, 06.09.2018-ci il tarixli (01.02.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin 34030/12 saylı, 02.08.2022-ci il (daxil olma 05.08.2022-ci il) tarixli sifarişi üzrə, ½ hissədə Qəhrəmənov Qəzənfər Burcuxan oğluna, ½  hissədə Qəhrəmanov  Mahmud Burcuxan oğluna məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 4 nömrəli evin 9 saylı mənzilə dair keçirilən açıq hərrac baş tutmadığından , 43.000 (qırx üç min dörd yüz) manata növbəti təkrar hərrac açıq hərraca çıxarılmışdır.


Təkrar hərrac açıq auksion qaydasında keçirilməklə  07 oktyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti 43.400 (qırx üç min dörd yüz) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 2.170  (iki min bir yüz yetmiş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: 050-210-66-47
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com