1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Elan yerləşdirmə tarixi 19.01.2022

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2656/2021 saylı, 27.10.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Nərimanov  rayon Icra Şöbəsi tərəfindən verilmiş 504-302048/21-15-19 saylı, 17.01.2022-ci il tarixli sifarişi üzrə, borclu Əhmədov Rəşad Subar oğlunun xüsusi mülkiyyətində olan, tələbkar “Accessbank”  QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, köndələn-10 küçəsi, ev 1B, 89 nömrəli mənzil açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  18 fevral 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir. 

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.


Əmlakın ilkin satış qiyməti 130.000 (bir yüz otuz min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 6.500 (altı min beş yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açır hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com