1. Ana Səhifə
  2. Hərrac Xəbərləri
  3. TƏKRAR HƏRRACLARIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

TƏKRAR HƏRRACLARIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı, 18.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin 20706-15-3E.Q saylı, 10.12.2021-ci il tarixli sifarişi ilə, borclu Əzimova Elmira Ənvər qızına məxsus ilə, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 2441 saylı bağ sahəsinə dair dair 07 yanvar 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin bağ sahəsi 25.200 (iyrimi beş min iki yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 21 yanvar 2022-ci il, 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 %-i, yəni 1.260 (bir min iki yüz altmış) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən artıq olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: 
info@e-herrac.com

rəsmi internet saytı: e-herrac.com