1. Ana Səhifə
  2. Birja Yenilikləri
  3. Birja necə yaranıb?

Birja necə yaranıb?

Birja necə yaranıb? İlk birja 1406-cı ildə Brügge şəhərində ( indiki Belçikada yerləşir ) Van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soyadı (Bursa) “pul kisəsi“ mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi. Bursa sözündən “birja“ sözü yaranmış və bu söz tezliklə Antverpendə, Lionda, Amsterdamda, Londonda və s. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi. Birjalar vasitəçilik funksiyasını həyata keçirib topdan satış ticarəti ilə məşğuldurlar. Birjaların aşağıdakı növləri mövcuddur: 1. Əmtəə birjaları (Əmtəələrin alqı-satqısı üzrə vasitəçilik fəaliyyəti göstərirlər) 2. Fond birjaları (Qiymətli kağızların alqı-satqısı ilə əlaqədar əməliyyatları həyata keçirirlər) 3. Valyuta birjaları (Qızıl və valyutaların alqı-satqısı ilə məşqul olurlar) 4. Əmək birjaları (İşçi qüvvəsinə təlabatı uçota alır və onların təklif edilməsi ilə məşğul olurlar)