Hərrac qaydaları

Hərrac qaydaları

Hərracda iştirak etmək qaydaları:

1. Məhkəmə qərarlarının icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün ipoteka və ya digər işlərdə (aliment, borc tələbi, pay bölgüsü) beh məbləği əmlakın satış qiymətinin 5 faizi həcmində hesablanıb ödənilir. (Hərrac addımı satış qiymətinin 3 faizindən artıq olmamaqla)

2. Əmanətlərin Sığortalanması Fondunun sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün beh məbləği əmlakın satış qiymətinin 5 faizi həcmində və əmlakın satış qiymətini 2% həcmində iştirak haqqı hesablanıb ödənilir (qeyd: əmlakın satış qiyməti 250 000 manatdan yuxarı olduqda iştirak haqqı 5000 manat qəbul edilir) (Hərrac addımının məbləği əmlakın qiymətinin 1 faizi həcmində)

3. Məhkəmə qərarlarının icrası ilə əlaqədar verginin siyahıya alınmış əmlaklarının hərracında  iştirakçı olmaq üçün beh məbləği daşınmaz əmlakın satış qiymətinin 5 faiz həcmində, daşınar əmlakın satış qiymətinin 10 faizi həcmində hesablanıb ödənilir.

4. Aqrarkredit BOKT QSC-nin sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün beh məbləği əmlakın satış qiymətinin 10 faizi həcmində hesablanıb ödənilir.

5. Dövlət Gömrük Kommitəsinin sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün beh məbləği əmlakın satış qiymətinin 5 faizi həcmində hesablanıb ödənilir.