Hərrac qaydaları

Gömrük

“Dövlət mülkiyyətinə keçirilmiş mallarm və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanmm 1.2.13-cü yarımbəndinin icrasmı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasınm Nazirlər Kabineti QƏRARA ALIR:
“Dövlət mülkiyyətinə keçirilmiş mallarm və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 19 oktyabr 2012-ci il

               N2 237

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 19 oktyabr tarixli 237 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Dövlət mülkiyyətinə keçirilmiş mallarm və nəqliyyat vasitələrinin gömrük
hərraclarmda satılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 328.5-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyetinə keçirilmiş mallarm və nəqliyyat vasitələrinin (bundan sonra -mallar) açıq gömrük hərraclarmda satılması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) tabeliyində olan “Azərterminalkompleks” Birliyi mülki
qanunvericiliklə müəyyən edilmiş qaydada hərracm təşkilatçısı və satıcısı (bundan sonra – satıcı) qismində çıxış edir.
1.3. Gömrük hərraclarmda satışa çıxarılan mallarm ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqmda” Azərbaycan Respublikasmın Oanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasmda müəyyən edilir.
1.4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 328.2-ci maddəsinə uyğun olaraq, gömrük hərraclarmda iştiraka görə hərrac iştirakçılarmdan əmlakm ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı almır.
1.5. Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumlarm işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) alabilməzlər.
1.6. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarmda satılmamış qalan, yaxud mülki dövriyyədə olmasma yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.

2. Malların gömrük hərracına çıxarılması və satılması

2.1. Mallarm gömrük hərraclarmda satılması üçün Komitənin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və satıcımn əməkdaşlarmm
daxil olduğu 5 (beş) nəfərdən ibarət hərrac komissiyası yaradılır.
2.2. Komissiyanm üzvlərindən biri Komitə tərəfindən sədr təyin edilir.
2.3. Satıcı gömrük hərracı vasitəsilə hərraca çıxarılan əmlak haqqında hər növbəti hərrac gününə ən geci 30 (otuz) gün qalmış kütləvi informasiya vasitələrində və Komitənin internet saytmda hərracm açıq formada keçirilməsi barədə məlumatı, əmlakm tam admı, yerləşdiyi ünvanı, malların ilkin satış qiymətini, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixlərini, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanlarını, sənəd qəbuluna məsul şəxsin admı, soyadını, vəzifəsi və əlaqə telefonlarmı, hərracda iştirak etmək üçün sifarişlərin qəbulu zamanı tələb olunan sənədləri, hərracm keçirilmə tarixini, vaxtı və ünvanmı, hərracda iştirak haqqmm məbləğini, əmlakm ilkin
satış qiymətinin 5 (beş) faizi həcmində behin məbləğini və həmin məbləğin köçürülməsi üçün müvafiq bank hesabmı əks etdirən elan dərc etdirir. Elan dərc edildiyi andan hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracm keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracm təşkilatçısma hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarmı yazılı surətdə bildirməlidirlər.
2.4. Bu Qaydalarm 2.5-ci bəndində qeyd edilən sənədləri hərracm başlanmasma ən geci 3 (üç) iş günü qalanadək təqdim etmiş hüquqi və fiziki şəxlslər hərracda iştirak edə bilərlər.
2.5. Sifarişə iştirak haqqınm və behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışm surəti, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.
2.6. Hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verilən sifarişə müvafiq şəxsin adma verilmiş etibarnamə əlavə edilir.
2.7. Sifariş və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən qaytanlanmış və nömrələnmiş xüsusi kitabda qeydiyyata almmaqla qəbul edilir və hərrac iştirakçılarma hərracda iştiraketmə nömrəsi və satışa çıxarılan əmlakm adı əks olunan bilet verilir.
2.8. Hərracm keçirilməsi barədə elanda digər qayda nəzərdə tutulmayıbsa, elan verən satıcı hərracı keçirməkdən onun keçirilməsi gününə ən geci 3 (üç) iş günü qalanadək imtina edə bilər. Satıcı hərracı keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
2.9. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 5 (beş) iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə almmaqla alış qiymətini ödəməlidir.

3. Hərracın keçirilməsi qaydası

3.1. Satışa çıxarılan mallarm ilkin satış qiyməti elan edilir. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı,olduqlarmı bildirirlər.
3.2. Hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərrac iştirakçılarmın sayı iki və daha çox olduqda, həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş növbəti satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda, həmin şəxs hərracm qalibi hesab olunur. Bu vaxt hərracı aparan şəxs əmlakm satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir.
3.3. Satıcı aşağıdakı hallardan biri baş verdikdə, hərracm baş tutmadığı barədə hərrac tarixindən sonrakı 10 (on) gün müddətində hərracm keçirilməsinə dair elanm verildiyi kütləvi informasiya vasitələrində və Komitənin internet saytında məlumat dərc etdirir:
3.3.1. hərracm iştirakçısı olmadıqda; f
3.3.2. hərracı udmuş iştirakçı hərracm nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
3.3.3. hərracı udmuş iştirakçı bu Qaydaların 2.9-cu bəndində müəyyən edilmiş müddətdə alış qiymətini tam ödəmədikdə.
3.4. Hərracm yeganə iştirakçısı hərracm qalibi hesab edilir. İlkin satış qiyməti və ya əmlakm növbəti hərracda aşağı salmmış qiyməti 3 (üç) dəfə elan olunduqdan sonra hərrac iştirakçılarımn heç biri biletini qaldırmadıqda, hərrac qiymətinin 5 (beş) faizi məbləğində vəsait iştirakçılardan bərabər hissələrlə tutulur və hərrac baş tutmamış hesab olunur. Bu Qaydalarm 3.3.2-ci və 3.3.3-cü yarımbəndlərində göstərilən hallarda iştirakçılarm ödədikləri beh qaytarılmır.
3.5. Əmlakm satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya mallar satılmadıqda, üçüncü hərracda satıcı tərəfindən əmlakm ilkin satış qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin satış qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin satış qiymətinin 50 faizi həcmində aşağı salmır. Həmin mallar (qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onlarm qırmtıları və tullantıları istisna olmaqla) axırıncı hərracda da satılmadıqda, bazar qiymətləri nəzərə almmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqmda” Azərbaycan Respublikasmm Qanunu ilə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərraca çıxarılır.
3.6. Hərracm nəticələri komissiya üzvləri və hərracm qalibi tərəfindən imzalanan üç nüsxədən ibarət hərrac protokolu ilə rəsmiləşdirilir. Bu protokol müqavilə qüvvəsinə malikdir.
3.7. Protokolda həmin əmlakm daşmması, saxlanması və satışı ilə bağlı xərclər qeyd olunur.
3.8. Hərracların baş tutmadığı hallarda, bu barədə komissiya üzvləri tərəfindən imzalanan protokol tərtib edilir.
3.9. Hərracın keçirilməsinin nəticələri barədə tərtib olunmuş protokolun bir nüsxəsi alıcıya, bir nüsxəsi isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinə verilir.
3.10. Gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqmda işlər üzrə məhkəmələrin qərarları əsasmda dövlət mülkiyyətinə keçirilmiş əmlakm satışından daxil olan vəsaitlər həmin əmlakm daşmması, saxlanması və satışı ilə bağlı xərclər çıxıldıqdan sonra 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasmm gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür. Şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin satışmdan əldə olunan vəsait dövlət büdcəsinə köçürülür.
3.11. Ödəniş sənədinin bir nüsxəsi hərracm keçirilməsinin nəticələri barədə alıcıya təqdim olunan protokola əlavə edilir.
3.12. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, hərracdan əvvəl ödənilmiş behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabma aid edilməklə, əmlakın satışı ilə əlaqədar bu Qaydalarm 3.10-cu bəndinə müvafiq olaraq dövlət büdcəsinə və ya Azərbaycan Respublikasmm gömrük sisteminin büdcədənkənar inkişaf fonduna ödənilən məbləğə daxil edilir.
3.13. Əmlakın daşmması, saxlanması və satışı ilə bağlı xərclər 3 (üç) iş günü müddətində hərracm nəticələri barədə protokolda göstərilən hesablara ödənilməlidir.
3.14. Hərrac keçirilmədikdə və ya hərracda iştirak edən, lakin onu udmayan digər iştirakçılarm və beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş şəxslərin ödəmiş olduqları beh təşkilatçı tərəfindən təqdim edilmiş siyahı əsasında ödəyicinin tələbi ilə 7 (yeddi) iş günü müddətində geri qaytarılır.
3.15. Satıcı protokolu imzalamaqdan boyun qaçırarsa, hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalıdır.

4. Dövlət mülkiyyətinə keçirilmiş mallarm və nəqliyyat vasitələrinin təhvil
verilməsi

4.1. Gömrük hərracmda satılan mallar hərracm qalibinə əmlakm dəyəri tam ödənildiyi tarixdən 2 (iki) iş günündən gec olmayaraq təhvil verilməlidir.
4.2. Satılmış əmlakm hərracm qalibinə satıcı tərəfindən təhvil verilməsi qanunvericiliklə müəyyən edilmiş qaimə-faktura əsasmda həyata keçirilir.
4.3. Təhvil verilmə ilə bağlı qaimə-fakturanın bir nüsxəsi alıcıya təqdim olunur.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasımn Prezidenti ilə razüaşdınldıqdan sonra edilə bilər.m