Hərrac qaydaları

Aqrarkredit

BOKT”Aqrarkredit” QSC-nin sifarişi əsasında

hərracın keçirilməsi şərtləri və qaydası

14/ 06/2017-ci il tarixli,

Hərracın keçirilməsi barədə Müqaviləyə Əlavə N2

 

Tərəflər razılaşır ki, İcraçı (hərrac təşklatı) hərracları keçirərkən qanunvericiliklə yanaşı aşağıdakı şərtlərə və qaydalara riayət etməlidir:
1. Hərrac təşkilatçısı hərracın təşkili və hərracın keçirilməsi zamanı öz adından çıxış edir.
2. Hərrac təçkilatçısı hərracın keçirilməsinə 30 gün qalmış hərracın keçirilməsi barədə öz internet səhifəsində, Sifarişçinin (“Aqrarkredit” QSC-nin) internet səhifəsində, azı üç rəsmi dövlət qəzetində və geniş yayılmış digər kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə bildiriş verməlidir. tnternet səhifəsində yerləşdirilmiş bildiriş hərracın keçirildiyi günə qədər verilməlidir. Rəsmi dçvlət qəzetlərində və digər kütləvi informasiya vəsaitlərində verilmiş bildiriş hərracın keçirilməsi gününə qədər hər on gündən bir verilməlidir.
3. Hərracın keçirilməsi barədə bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:

1.3.1. Hərraca çıxarümış əmlaka dair ətrafiı məlumat, o cümlədən əmlakın olduğu yer Və vəziyyəti barədə məlumat;
1.3.2. Hərraca çıxarılmış əmlakın ilkin satış qiyməti;
1.3.3. Hərracm açıq auksion vasitəsi ilə keçirilməsi;
1.3.4. Hərracın tarixi və vaxtr,
1.3.5. Hərracm keçiriləcəyi ünvan;
1.3.6. Hərracm keçirilməsi qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi qaydası, hərrac qalibinin müəyyən edilməsi qaydası və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar;
1.3.7. Hərracı udan şəxs tərəfındən hərracda müəyyən edilimiş qiymətin ödənilməsi
**şərtləri və müddəti;
1.3.8. hərracda iştirak edən şəxslərin hərracda qalib gəldikdə öhdəliklərinin təmin
edilməsi üçün müəyyənləşdirilmiş behin məbləği. ödənilməsi qaydası və müddəti.
4. Hərracın baş tutmuş hesab edilməsi üçün hərracda iştirakçıların sayı üç nəfərdən az olmamalıdır. Ən yüksək qiyməti təklif etmiş hərrac iştirakçısı hərracın qalibi eian olunur. Əmlakın qalib tərəfındən alınması Azərbaycan Respublikasınm Mülki Məcəlləsində müqavilənin hərracda bağlanılması qaydalan ilə tənzimlənir.
5. Hərracda üç nəfərdən az şəxs iştirak etdikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Növbəti (ikinci) hərrac ilk hərracın günündən 5 gün ərzində keçirilməlidir. Bu halda hərracın təşkilatçısı növbəti (ikinci) hərracm keçirilməsi barədə bildiriş verməlidir və bildiriş hər 2 gündən bir təkrarlanmahdır. Bu bəndin qaydaları nəzərə almmaqla bildiriş 2-ci və 3-cü bəndlərdə müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti hərrac olması qeyd edilir.
6. Növbəti (ikinci) hərracda əmlak ilkin satış qiyməti ilə hərraca çıxarıhr. Təkrar hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (üçüncü) hərraca çıxarıhr. Növbəti (ikinci) hərrac baş tutmadıqda. hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (üçüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir,
7. Əmlakın satılması üzrə keçirilən növbəti (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən 10% aşağı qiymətlə hərraca çıxarıhr. Növbəti (üçüncü) hərracda bir nəfər iştirak.

etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (dördüncü) hərraca çıxarılır. Növbəti (üçüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (dördüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.
8. Əmlakın satılması üzrə keçirilən növbəti (dördüncü) hərracda əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətlə hərraca çıxarıhr. Növbəti (dördüncü) hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (beşinci) hərraca çıxarılır. Növbəti (dördüncü) hərrac baş tutmadıqda. hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə son (beşinci) hərracı keçirməli və bu barədə bildiriş verməlidir. Bildirişdə hərracın son hərrac olması qeyd edilir.
9. Son hərracda əmlak ilkin satış qiymətindən 50% aşağı qiymətlə hərraca çıxarılır. Son hərracda azı bir şəxs iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi elan olunur. Son hərracda iştirakçı olmadıqda əmlak hərracdan çıxarılır.
10. Hər bir növbəti hərrac əvvəlki hərracın baş tutmadığı gündən 5 gün ərzində
keçirilməlidir. Sifarişçi (“Aqrarkredit” QSC) bu müddətin artınlması barədə qərar qəbul edə
.bilər.
11. Hərrac təşkilatçısı hərracın (o cümlədən növbəti hərracların və son hərracın) təşkiM.
keçirilməsi və nəticələrinə däir hesabat hazırlamalı və Sifarişçiyə (“Aqrarkredit” QSC-yə)
təqdim etməlidir.