Hərrac qaydaları

ADİF qaydaları

“Təsdiq edilmişdir”

Əmanətlərin Sığortaianması Fondunun

Himayəçilik Şurasının 04 May 2017-ci il tarixli

82 saylı Protokol qərarı ilə

Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə

      QAYDALARI

Bakı-2017

 

 

l.Ümumi müddəalar

1.1.Bu Qaydalar “Banklar haqqmda” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasınm Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına, habelə Əmanətlərin Sığortalanması Pondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanm fəaliyyət qaydaları’na əsasən hazırlanmışdır və ləğv prosesində olan banklarm əsas vəsaitlərinin satışı üzrə hərraclann keçirilmə qaydalarmı müəyyən edir.

1.2. Bu Qaydalar bankların ləğv prosesinin effektiv həyata keçirilməsi istiqamətində banklara məxsus əsas vəsaitlərin satışının səmərəli şəkildə aparılması, o cümlədən ləğv prosesində olan banklarm və kreditorlarm maraqlarına uyğun realizə edilməsi məqsədini daşıyır.

1.3.Əsas vəsaitlərinin satışı həyata keçirilən ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracm sifarişçisi (bundan sonra – sifarişçi) qismində çıxış edir.

1.4. Hərracm təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinin müddəalarına müvafıq olaraq Fond ilə müqavilə əsasında hərəkət edən və hərracm keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış təşkilatdır.

1.5.Hərracın formasmı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafıq olaraq Fond müəyyənləşdirir. Qanunvericilikdə ayrı qaydada nəzərdə tutulmamışdırsa, ləğv prosesində olan banklarm əsas vəsaitlərinin satışı üzrə hərraclar bir qayda olaraq açıq auksion formasında həyata keçirilir.

  • Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.
  • İmtiyazlı alıcı – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu maddəsinin işgüzar adətlərlə bağlı müddəalarını, habelə həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafıəsinin mənəvi dəyərlərə zidd olmayan üsullarla həyata keçirildiyini, həmçinin həmin Məcəllənin 11,2-ci maddəsinə əsasən hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığını rəhbər tutaraq əsas vəsaitlər üzərində mülkiyyət hüquqlarmı öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi nəticəsində itirmiş və həmin əsas vəsaitlərin alışına iddia edən fıziki və hüquqi şəxslər ləğv prosesində olan banklar qarşısmda həmin əsas vəsaitlər ilə təmin olunmuş öhdəlikləri tam icra etmək şərtilə və ya tutmamn yönəldilməsi nəticəsində həmin öhdəliklər tam icra olunmuşdursa icra olunmuş öhdəliklərin həcmi həddində həmin əsas vəsaitləri likvid qiymətindən aşağı qiymətə olmamaq şərtilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanm fəaliyyət qaydaları”nda nəzərdə tutulmuş qaydada birbaşa satış üsulu ilə əsas vəsaiti hərraca çıxarılmadan əldə edə bilərlər.
  1. Hərracın təşkili və keçirilmə qaydası
  • Təşkilatçı, Fonddan hərrac sifarişi aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən geci 30 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.
  • Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

 

  • hər bir lot üzrə ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, təsviri, yerləşdiyi ünvan;
  • siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və “İstehlakçılarm hüquqlarımn müdafiəsi haqqmda” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarmda nəzərdə tutulmuş əsas vəsaitlər üzrə yararlıhq vəziyyəti, istehlak və s. göstəriciləri barədə mütəxəssis rəyindən çıxarış;
  • hərracda iştirakm rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
  • əmlakın cari mülkiyyətçisi və onun əmlak üzərində mülkiyyət hüquqlarının yaranma əsasları, yaxud əmlakın əvvəlki mülkiyyətçisinin mülkiyyət hüquqlarmı itirmə əsasları barədə məlumat (qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutmamn yönəldilməsi, alqı-satqı müqaviləsi və s.);
  • hərrac addımı (əlavələr);
  • behin və iştirak haqqınm məbləği və köçürüləcəyi bank hesabı; əmlakm satışmdan əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;
  • hərracm keçirilmə forması, keçirilmə qaydası, tarixi, vaxtı və yeri, hərracın qalibinin müəyyənləşdirilməsi, əlaqə telefonunun nömrəsi;
  • Təşkilatçmın adı, ünvanı və sair rekvizitləri.
  • Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
  • Məlumatın dərc edildiyi gündən etibarən bu qaydalara uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tamş olmaq imkanı yaradılır. Hərraca çıxarılan əmlakla tanış olduqdan sonra hərracm keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər təşkilatçıya hərracda iştirakları barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
  • Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafıq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin və iştirak haqqının köçürülməsi barədə sənəd təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün müraciətlər bir qayda olaraq hərracın keçiriləcəyi tarixə 5 gün qalmış başa çatır. Hərracın keçiriləcəyi tarixə 5 gün qalmış hərracda iştirak etmək üçün müraciət etmiş şəxslərin müraciəti onların təşkilatçıya hərracda iştirak barədə öz qərarlarım bu qaydaların 2.3-cü bəndində göstərilmiş formada yazılı surətdə bildirmələrinə bərabər tutulur.
  • Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfındən imzalanmış (hüquqi şəxs tərəfındən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfındən müəyyən olunmuş nümunəyə müvafıq olaraq təşkilatçıya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

 

  • elanda göstərilmiş bank hesabma behin və iştirak haqqmm köçürüldüyünü təsdiq edən sənəd;
  • fıziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti
  • hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfındən vergi ödəyicisinin uçota ahnması haqqmda şəhadətnamənin surəti.

2.6. Təşkilatçı tərəfmdən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

  • hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
  • şəxs özü haqqmda dəqiq olmayan məlumat verdikdə;
  • sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
  • ərizə səlahiyyəti olmayan şəxs tərəfmdən təqdim edildikdə;
  • elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafıq qaydada tərtib olunmadıqda.
  • Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfındən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.
  • Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracm təşkilatçısına təqdim edirlər.
  • Hərracm təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtım göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.
  • Hərracm təşkilatçısı təqdim olunan sənədlərin siyahısınm bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstənnəklə ərizəçiyə qaytarır.
  • Hərrac iştirakçılarma onlarm hərracda iştirak nömrəsini əks etdirən bilet verilir.
  • Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısma yazıh müraciət etməlidir.

2.13. Sənədlərin qəbulu jurnalmda hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafıq qeyd apanlmalıdır.

I 2.14. Hərracm şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytanlır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

  • Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxıhb-buraxılmaması barədə təşkilatçmm qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və imtina olunan şəxslərin məlumatlan qeyd edilir. Müraciətlərin (ərizələrin) qəbulundan imtina olunmasınm əsaslan şəxslərə yazılı surətdə bildirilir.
  • Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafıq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.

2.17. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafıq qaydada
saxlanılması üçün zəruri tədbirlər görür.

2.18. Təşkilatçı:

  • hərracm təşkil olunmasını və keçirilməsini təmin edir;
  • hərracın baş tutub-tutmadığmı təsdiq edir;

2.18.3.  hərracm gedişində mübahisəli vəziyyət yarandıqda, mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, hərracı baş tutmamış elan edir;

2.18.4.         hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün Fonda təqdim edir.

2.19. Hərrac aşağıdakı qaydada keçirilir:

  • satışa çıxarılan əmlakm ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarım bildirirlər;
  • hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarınm sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfındən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu halda hərracı aparan şəxs əmlakm satıldığmı, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

2.19.3.  ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

2.19.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 30 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlannda və sosial şəbəkələrdə hərracla bağlı bu qaydaların 2.2-ci bəndində qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinə, üçüncü hərracda ilkin satış qiymətinin 15 faizi, dördüncü hərracda isə ilkin satış qiymətinin 30 faizinədək aşağı salına bilər;

  • bu zaman sonrakı hərraclar arasındakı müddət 30 gündən az olmamalıdır;
  • yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanlarm yemləndirilməsi üçün istifadəyə yararh olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmahdır;
  • hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə üç nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;
  • protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi tərəfındən 3 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabma daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın xjalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamahdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmahdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun almma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və bu qaydalara müvafıq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 iş günü müddətində imzalanmalıdır;
  • qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh və iştirak haqqı geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə iştirak haqqmın bir mislini, behi isə ikiqat məbləğdə geri qaytarmahdır.

2.19.10.      hərrac baş tutmadıqda beh geri qaytanlmahdır. Hərracda iştirak edən, lakin onun qalibi olmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarıhr;

Iştirak haqqı hərrac yalnız sifarişçinin təşəbbüsü ilə baş tutmadığı hallarda hərracda iştirak etmiş şəxslərə geri qaytarıhr, digər hallarda iştirak haqqı geri ödənilmir.

2.19.11. hərrac baş tutmadığı hallarda hərracm təşkilatçısı tərəfmdən bu barədə protokol tərtib
edilir.

  • Hərracm yekunları haqqmda məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfındən hərracm keçirilməsi haqqmda elanın verildiyi kütləvi informasiya vasitələrində dərc edilir.
  • Hərracm qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcmm müəyyən etdiyi bank hesabına köçürür. Hərracın təşkilatçısı hərracm keçirilməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədləri sifarişçiyə təqdim edir.
  • Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.
  • Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracm təşkilatçısı tərəfmdən hərracm yekunları haqqmda kütləvi informasiya vasitələrində bu qaydalarm 2.19.12-ci bəndində göstərilmiş məlumat dərc edildikən və bu qaydalarm 2.19.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra 10 gün ərzində sifariş hərracın təşkilatçısı tərəfındən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq ilkin satış qiyməti əsasında və ya zərurət yarandıqda bazar şərtləri və konyunkturası nəzərə almmaqla yenidən qiymətləndirilərək yeni ilkin satış qiyməti əsasmda açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydalarm 19-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.

2.20. Ləğv prosesində olan banklarm əsas vəsaitlərinin satışı üzrə hərraclarda bankın müflis olmasma səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə yol verməkdə şübhəli bilinən banka aidiyyatı olan şəxslərin, inzibatçıların, mühüm iştirak payma malik olan səhmdarların, hərracm təşkilatçısmm və sifarişçisinin vəzifəli şəxslərinin və onların yaxm qohumlarınm (bacı, qardaş, ər/arvad (onların yaxm qohumları), ata, ana, övladladlar, övladhğa götürənlər və ya götürülənlər, nənə, baba) birbaşa və ya dolayısı ilə iştirak etməsinə yol verilmir.

2.21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə müvafıq olaraq hərracm nəticələrinə dair yekun protokol hərrac predmeti olan daşınmaz əmlakm üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

  1. Hərracın nəticələri iizrə mübahisələrin həlli qaydaları
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinin müddəalarına müvafıq olaraq hərracm etibarsız sayılması hərracm qalibi ilə bağlanmış müqavilənin etibarsızhğma səbəb olur.
  • Hərracın nəticələri ilə razılaşmayan hərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın nəticələrini mübahisələndirmək hüququna malikdirlər.